Avropa İttifaqı Ukraynaya növbəti yardım paketi ayırıb

17:47 | 23.01.2023
Avropa İttifaqı Ukraynaya növbəti yardım paketi ayırıb

Avropa İttifaqı Ukraynaya növbəti yardım paketi ayırıb

Avropa İttifaqı Ukraynaya həcmi 0.5 milyard avro növbəti yardım paketi ayırıb. Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
 
Bildirilir ki, qərar Avropa İttifaqı XİN başçılarının bu gün keçirilən toplantısında qəbul olunub.

Yardım paketinin həcmi 0.5 milyard avro təşkil edib.
 
Yardım paketi Ukraynanın hərbi sursatına sərf olunacaq.
 
Aİ-nin Ukraynaya verdiyi hərbi, iqtisadi, makro-maliyyə və humanitar yardımların ümumi məbləği 50 milyard avroya yaxınlaşır.
 
Avropa Komissiyası 2023-cü ildə Ukraynaya 18 milyard avro güzəştli kredit verəcək. Ukraynaya kreditin ödənilməsi üçün 2033-cü ildən başlayaraq 35 il vaxt veriləcək. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb