Avropa İttifaqı (Aİ) çərçivəsində koronavirus pandemiyasına qarşı tədbirlər nəticəsində 6 milyon nəfər işsiz qalıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa iş yerləri və sosial hüquqlar komissarı Nikolas Şmit (Nicolas Schmit) bildirib.
"Aİ-də işsizlik 2020-ci ilin yanvar ayında 6,6 faiz idisə, bu ilin yanvar ayında 7,3 faizə çıxıb. Pandemiya 6 milyon insanın işsiz qalmasına səbəb oldu. Ən çox ziyan gənclərə dəydi, bu gün Aİ-də 3 milyonadək gənc işsizdir. Onların əldən getmiş nəsil olmamasını təmin etmək hamımızın borcudur”, – Avropa Komissiyasının rəsmisi vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !