Avropa İttifaqından ABŞ-a qadağa

14:32 | 07.10.2015
Avropa İttifaqından ABŞ-a qadağa

Avropa İttifaqından ABŞ-a qadağa

Avropa İttifaqı (Aİ) Ali Məhkəməsi oktyabrın 6-da Avropa şirkətləri tərəfindən məlumatların ABŞ-a verilməsinin qeyri-qanuni olması barədə qərar qəbul edib. Qanuna vətəndaşların fərdi məlumatları da şamil edilir ki, bu da ölkələrin bu sahədə 15 illik əməkdaşlığını pozur.
 
Məhkəmənin qərarı ilə ABŞ və Aİ şirkətləri üçün informasiya, o cümlədən vətəndaşların fərdi məlumatlarının mübadiləsinə imkan verən qaydaların əks olunduğu "Safe Harbor” sazişi qüvvədən düşmüş hesab edilir. Ali arbitraj orqanı ABŞ şirkətlərinin fərdi məlumatların sazişin yerinə yetirilməsinin ABŞ milli təhlükəsizlik maraqlarına və ya qanunlarına ziddiyyət təşkil edən hallarda saxlanılmasına səhlənkar yanaşmasını bəyan edib.
 
"Bu, Aİ və ABŞ arasında ticarət üçün çox pis xəbərdir”, - "Linklaters” şirkətinin texnologiyalar, media və kommunikasiyalar şöbəsinin rəhbəri Riçard Kambli Aİ məhkəməsinin qərarını qiymətləndirərkən bildirib. O qeyd edib ki, indi biznes "Safe Harbor” sazişinin köməyi ilə qurulan əməkdaşlıq mexanizmlərini həyata keçirmək üçün dolama yollar axtarmalı olacaq, - "Lenta” yazır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM