Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov

14:21 | 29.03.2024
Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir. Bunu  Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya” qəzetinə müsahibəsində bildirib.

"Hazırda Norveç, Kanada və ABŞ Ermənistana hərbi personal göndərməkdə davam edir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər", - Lavrov deyib.

Lavrov xatırladıb ki, 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan KTMT missiyası əvəzinə "Avropa İttifaqının sülhməramlı missiyasını Ermənistana dəvət edərək, Azərbaycana onların regionda cəmi iki ay olacağını vəd edib. İki aydan sonra Avropa İttifaqı Azərbaycana məhəl qoymadan bu missiyanın sayını ikiqat artırıb”. 

Rəsmi Bakı da Avropa İttifaqının Ermənistandakı missiyasının hələ də regionda qalmasından narahatlığını bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM