Avropa İttifaqı ölkələri artıq Ukraynaya 43,5 milyard avro dəyərində hərbi yardım edib.Bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrel ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.
"Ukraynaya yalnız hərbi yardımımız 43,5 milyard avro təşkil edir”, - deyə o bildirib.
Borrel bir daha qeyd edib ki, Brüssel artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, indiyədək 1,4 milyard avro gəlir köçürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !