Avropa İttifaqına sədrlik Yunanıstana keçdi

13:28 | 06.01.2014
Avropa İttifaqına sədrlik Yunanıstana keçdi

Avropa İttifaqına sədrlik Yunanıstana keçdi

Yunanıstan bu ilin yanvar ayından etibarən rotasiya üzrə Avropa İttifaqında sədrlik vəzifəsini öz üzərinə götürüb. Afinanın Avropa İttifaqında sədrliyi 1 iyul 2014-cü ilə qədər davam edəcək.
Yunanıstanın baş naziri Antonis Samaras bildirib ki, bu müddətdə Avropada iqtisadi artıma və sosial həmrəyliyə nail olmaq məsələlərinə üstünlük veriləcək. Qaçqınlar barəsində siyasət və bank ittifaqının formalaşmasının tamamlanması məsələləri də gündəmdədir.
Yunanıstan 1983-cü ildən bəri artıq beşinci dəfə Avropa İttifaqında sədrlik edəcək. Bu müddətdə Yunanıstan Avropada sosial birliyin təminatı üçün Avropa İttifaqının üzvü olan bütün başqa dövlətlərdən daha fəal mübarizə aparsa da, bu sahədə onun uğurları cüzi olub.
ANS Press
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM