Avropa Komissiyası Azərbaycan və Türkmənistana təklif verdi

18:56 | 21.04.2015
Avropa Komissiyası Azərbaycan və Türkmənistana təklif verdi

Avropa Komissiyası Azərbaycan və Türkmənistana təklif verdi

"Cavab gözləyirik”.

Avropa Komissiyası (AK) Azərbaycan və Türkmənistana Transxəzər qaz kəmərinin çəkilməsi üzrə anlaşma memorandumunu yeniləməyi təklif edib. 

Oxu.Az xəbər verir ki, bu barədə AK-nin Enerji Birliyi üzrə sədr müavini Maroş Şefçoviç "Kommersant” qəzetinə müsahibəsində deyib. 

"2011-ci ildən etibarən AK-nin Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilməsi üzrə anlaşma memorandumu çərçivəsində danışıqlar aparmaq mandatı var. İndi biz Azərbaycan və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə keçəcəyinə baxacağıq”, - o deyib. 

Bundan başqa Şefçoviç qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İraq və İrandan da qaz tədarükünü gözləmək olar. 

"Hazırda Azərbaycandan söhbət gedir, lakin yaxın ölkələrdə - İraq, həmçinin İranda diplomatik nailiyyətdən sonra hadisələrin necə inkişaf edəcəyinə baxacağıq. Biz həmçinin bu sahədə münasibətlərin inkişafına Türkmənistan tərəfindən artan maraq görürük”, - Şefçoviç deyib. 

Transxəzər qaz kəməri layihəsi Türkmənistanın şərq yataqlarından qazın Türkiyənin Ərzurum şəhərinə, daha sonra isə Avropaya çatdırılmasını nəzərdə tutur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM