Avropa Komissiyası qanunsuz miqrantlarla bağlı plan açıqladı

15:09 | 21.04.2015
Avropa Komissiyası qanunsuz miqrantlarla bağlı plan açıqladı

Avropa Komissiyası qanunsuz miqrantlarla bağlı plan açıqladı

Avropa Komissiyası Aralıq dənizindən keçərək Avropa Birliyinə girməyə çalışan qanunsuz miqrant axınının qarşısını almaq üçün 10 bəndlik fəaliyyət planı açıqlayıb.

Plan aprelin 20də AB-nin xarici və daxili işlər nazirlərinin fövqəladə iclasında təsdiqlənib. Məqsəd AB-yə, özəlliklə cənubda Yunanıstan və İtaliyaya daxil olan miqrantlara nəzarəti və onların qeydiyyatını gücləndirməkdir.

Plan həmçinin insan alverçilərinin daşıdığı insanları xilasetmə əməliyyatlarını artırmağa çağırır. Adətən miqrantlar bu təhlükəli yolda həlak olur, qayıqlar batır.

Ötən həftəsonu Liviya sahillərində 600-dən çox miqrant batıb.

10 bəndlik plan aprelin 23-də AB liderlərinin sammitinə təqdim olunacaq.

İtaliya hakimiyyəti isə Aralıq dənizində batmış qayıqdan salamat çıxan iki nəfəri həbs edib. Onlar qayığın kapitanı və heyət üzvüdür.

Avropa Birliyinin xarici işlər rəsmisi Federica Mogherini deyib ki, bu faciə nəhayət ki AB-ni oyatdı, insan qaçaqçılığının dəhşətlərinə gözlərini açdı. /azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM