Avropa Komissiyasından Rusiya üçün yeni SANKSİYALAR

17:52 | 06.12.2022
Avropa Komissiyasından Rusiya üçün yeni SANKSİYALAR

Avropa Komissiyasından Rusiya üçün yeni SANKSİYALAR

Avropa Komissiyası yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın mədənçıxarma sektoruna yeni investisiyalar və digər Rusiya bankları ilə hesablaşmalara qadağa hazırlayıb. Bu barədə Financial Times qəzeti yazıb.

Nəşrin yazdığına görə, doqquzuncu sanksiyalar paketi Rusiyanın silah istehsalını dəstəkləməsi üçün lazım olan texnologiyaların ixracına nəzarətin gücləndirilməsini də nəzərdə tutur.

Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri dekabrın 3-4-də həftəsonu Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər. Yeni paketə texnologiya, maliyyə və media biznesi də daxil olmaqla 180 məhdudlaşdırıcı tədbir daxildir.
 
Diplomatik mənbələrin məlumatına görə, yeni sanksiyalar paketi ilə bağlı razılaşma gələn həftə - dekabrın 12-də, Aİ-nin Xarici Əlaqələr Şurasının iclasına qədər əldə oluna bilər.


Aİ Rusiya uranının idxalına qadağa, Rusiyadan Qazprombank və digər şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM