Avropa liderləri Ukraynadakı böhranı müzakirə etdi

12:16 | 17.12.2014
Avropa liderləri Ukraynadakı böhranı müzakirə etdi

Avropa liderləri Ukraynadakı böhranı müzakirə etdi

Donbassda hərbi əməliyyatların tamamilə dayandırılmasının zəruriliyi qeyd olundu.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Ollandla telefon danışığı aparıb. Ölkə başçıları Ukraynanın cənub-şərqində vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin saytında məlumat verilib.  

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, danışıqlar zamanı Donbassda hərbi əməliyyatların tamamilə dayandırılmasının zəruriliyi qeyd olunub. Əsirlərin dəyişdirilməsi və cəbhə xəttindən ağır silahların çəkilməsi ən əsas məsələlər kimi müəyyənləşib.

Liderlər həmçinin regiona iqtisadi dəstəyin və əhaliyə humanitar yardımın göstərilməsi məsələlərini də müzakirə ediblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti