Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Ötən həftə ilk matçlarını keçirən komandalar cavab oyunlarına çıxacaqlar. Bu görüşlər öncəsi səfərdəki ilk oyunda qələbə qazanan klublar daha şanslı görünürlər. Xüsusilə, “Valensiya” ilə “Benfika”nın növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll etdiyini söyləmək olar. Rəqib meydanında 3 qol vuran komandalar evdə ən azı eyni sayda top buraxmalıdır. Bu isə o qədər də inandırıcı deyil. Düzdür, portuqaliyalılar İngiltərə təmsilçisi “Tottenhem”lə qarşılaşır. Amma sonuncuların səfərdə sensasiya edəcəyi şübhə doğurur. Öz meydanına 2 top üstünlüyü ilə çıxacaq “Betis” də artıq 1/4 final haqda düşünə bilər. Sevilya derbisində şəhərin eyniadlı komandası ilə qarşılaşacaq meydan sahiblərinin 2 qol üstünlüyünü qoruyacağı gözləniləndir. Səfərdə oynayacaq “Lion”a ilk matçdakı böyük hesablı qələbə də yetərli olmalıdır. Çexiya “Viktoriya”sı çətin ki, 3 qol fərqini aradan qaldırsın.Səfər matçına minimal hesablı üstünlüklə yollanan “Alkmaar” Rusiyada, “Porto” isə İtaliyada çətin sınaq qarşısında olacaq. “Anji”nin qonağı olacaq hollandiyalıların işi nisbətən asan olsa da, portuqaliyalıları “Napoli” gözləyir. Ötən həftə heç-heçə ilə nəticələnən cütlərdə isə 1/4 finala vəsiqə uğrunda gərgin mübarizə gedəcək. İtaliya derbisində “Fiorentina”nın səfər qolu üstünlüyü var. Lakin “Yuventus”un belə durumdan çıxması da mümkündür. Avstriyada isə qolsuz ayrılan “Zalsburq”la “Bazel” üz-üzə gələcək. Avropa Liqası1/8 final, cavab oyunlar20 mart21:00. “Anji” (Rusiya) - "Alkmaar” (Hollandiya)İlk oyun – 0:122:00. “Valensiya” (İspaniya) - “Ludoqorets” (Bolqarıstan)İlk oyun – 3:022:00. "Benfika" (Portuqaliya) - “Tottenhem” (İngiltərə)İlk oyun – 3:122:00. “Viktoriya” (Çexiya) - “Lion” (Fransa)İlk oyun – 1:422:00. “Fiorentina” (İtaliya) - "Yuventus" (İtaliya)İlk oyun – 1:100:05. “Zalsburq” (Avstriya) - "Bazel" (İsveçrə)İlk oyun – 0:000:05. "Napoli" (İtaliya) - "Porto" (Portuqaliya)İlk oyun – 0:100:05. “Betis” (İspaniya) - “Sevilya” (İspaniya)İlk oyun – 2:0
Apasport.az