Avropa Liqasının finalçıları bilindi

09:37 | 02.05.2014
Avropa Liqasının finalçıları bilindi

Avropa Liqasının finalçıları bilindi

Bu gecə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, keçirilən iki oyunla finalçılar bəlli olub."Yuventus" öz meydanında "Benfika"nı qəbul edib. İtalyanlar ilk oyundakı məğlubiyyətin (1:2) əvəzini çıxmağa çalışsalar da, buna nail olmayıblar - 0:0. Belədə "Benfika" finalda oynamaq hüququ qazanıb. Digər oyunda iki ispan klubu - "Valensiya" və "Sevilya" üz-üzə gəlib.  Səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzan "Valensiya" oyuna yaxşı başlayıb. 3:0 hesabı ilə öndə olan "yarasalar" matçın son dəqiqəsində qapısında qol görməklə finaldan kənardan qalıb.1 may Avropa Liqası, yarımfinalın cavab oyunları00:05. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) (İlk oyun - 1:2) - 0:0 Qırmızı vərəqələr: Perez, 67 ("Benfika"), Vuçiniç, 89 ("Yuventus"), Markoviç, 89 ("Benfika")00:05."Valensiya" (İspaniya) - "Sevilya" (İspaniya) (İlk oyun - 0:2) - 3:1Qollar: Feghouli, 14 (1:0), Beto-avtoqol, 26 (2:0), Mathieu, 69 (3:0), M'bia, 90+4 (3:1)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM