• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Avropa Liqasının püşkatması keçirildi

Avropa Liqasının püşkatması keçirildi
16.12.2013 17:13
Bu gün Avropa Liqasında növbəti püşkatma keçirilib.Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Qitənin ikinci dərəcəli klub turnirinin iştirakçıları 2014-cü ilin yazında qarşılaşacağı rəqiblərin adlarını bilib. Qrup mərhələsini uğurla adlayan 24 komanda və Çempionlar Liqasında qrup üçüncüsü olan 8 iştirakçı 16 cütlüyə bölünüb. Növbəti mərhələdə isə bu 16 cütlüyün qalibləri bir-birinə rəqib olacaq. Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiya “Rubin”i İspaniya təmsilçisi “Betis”lə görüşəcək. Türkiyənin “Trabzonspor” klubu isə İtaliya “Yuventus”i ilə görüşəcək. Apenninlilər Çempionlar Liqasının qrupunda uduzduqları “Qalatasaray”ın qisasını onların həmyerlilərindən almağa çalışacaq. 1/16 final 1.“Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə)2. “Betis” (İspaniya) - “Rubin” (Rusiya)3 .“Suonsi” (Uels) - “Napoli” (İtaliya)4. “Yuventus” (İtaliya) - “Trabzonspor” (Türkiyə)5. “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)6. “Viktoriya” (Çexiya) - “Şaxtyor” (Ukrayna)7. “Çernomorets” (Ukrayna) - “Lion” (Fransa)8. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)9. “Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya)10. “Ayaks” (Hollandiya) - “Zalsburq” (Avstriya)11. “Makkabi” (T, İsrail) - “Bazel” (İsveçrə)12. “Porto” (Portuqaliya) - “Ayntraxt” (Almaniya)13. “Anji” (Rusiya) - “Genk” (Belçika)14. “Dinamo” (Ukrayna) - “Valensiya” (İspaniya)15. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)16. “Slovan” (Çexiya) - “Alkmaar” (Hollandiya) 1/8 final 16-cı cütün qalibi - 13 cütün qalibi8-ci cütün qalibi - 14-cü cütün qalibi12-ci cütün qalibi - 3-cü cütün qalibi7-ci cütün qalibi - 6-cı cütün qalibi5-ci cütün qalibi - 2-ci cütün qalibi1-ci cütün qalibi - 15-ci cütün qalibi11-ci cütün qalibi - 10-cu cütün qalibi4-cü cütün qalibi - 9-cu cütün qalibiANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol