Avropa ölkələrinin anbarlarındakı qaz ehtiyatları avqustun 19-na 90%-ə çatıb və buna iki aydan bir az çox vaxt sərf edilib. Bu barədə Bloomberg məlumat yayıb.
Avropa tədarükün qəfil kəsilməsi riski altındadır. Bu ilin sonunda Moskva ilə Kiyev arasında tranzit sazişinin müddəti başa çatdıqdan sonra Avropa ölkələri Rusiyadan gələn boru kəməri axınlarını nə ilə əvəz edəcəklərini hələ də müzakirə edirlər.
Bundan əlavə, bazar Norveçdə planlaşdırılan texniki xidmət cədvəlindəki dəyişiklikləri diqqətlə izləyir ki, bu da sentyabrın böyük hissəsi üçün boru kəmərləri ilə qaz tədarükünün təxminən 50% azalmasına səbəb olacaq.
Bu arada qazın qiyməti iki həftə ərzində hər bir MVt/saat üçün 37,85 avro təşkil edir.
Avropa Birliyi Azərbaycandan Rusiya ilə danışıqlar aparmağı və gələn il də bu ölkədən qaz ixracını davam etdirməyi xahiş edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev də iyulun 22-də keçirdiyi brifinqdə təsdiqləyib.
Əks halda Avstriya və Slovakiya bu qış qazsız qala bilər.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !