• $ 1.7
  • € 1.9904
  • ₽ 0.020972
  • ₺ 0.0413
  • £ 2.2981

Avropa ölkələri suriyalılara qarşı yeni siyasət yürüdüb

Avropa ölkələri suriyalılara qarşı yeni siyasət yürüdüb
09.12.2024 22:58
Avropa ölkələri, Suriya paytaxtının üsyançılar tərəfindən ələ keçirilməsi və Prezident Bəşər Əsədin 13 illik vətəndaş müharibəsindən sonra Rusiyaya qaçmasından sonra, bazar ertəsi Suriyadan olan qaçqınlara sığınacaq verilməsini  qeyri-müəyyən müddətə dayandırıb. 

On minlərlə açıq müraciətə təsir edən bu qərar, Suriyadakı sürətlə dəyişən siyasi vəziyyəti və Avropa boyunca miqrasiyanı məhdudlaşdırmağa çalışan sağ qanad partiyaların yüksəlişini əks etdirir.

Almaniya 2015-ci ildə Suriya vətəndaş müharibəsinin ən gərgin dövründə sığınacaq axtaranlara  qapılarını açıb və  təxminən bir milyon suriyalını qəbul edib. Hazırda Avropada ən iri suriya icması Almaniyada yaşayır. 

Berlinin Daxili İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Suriyadakı siyasi durumun yaxşılaşması məsələsinə  aydınlıq  gələnə  qədər sığınacaq müraciətlərinə baxılmayacaq. Böyük Britaniya da sığınacaq verilməsi ilə bağlı qərarlarını dayandırıb və daxili işlər nazirliyi vəziyyəti qiymətləndirdiyini bildirib.

Böyük Britaniya hökumətinin proqramına əsasən, 2014-cü ilin martından 2021-ci ilin fevralına qədər ölkəyə ümumilikdə 20,319 suriyalı qaçqın yerləşdirilib. Bu barədə Qaçqınlar Şurası məlumat verib.

Norveç və Avstriya da daxil olmaqla digər ölkələr suriyalıların müraciətlərinə baxmağı dayandırdıqlarını elan edib, Fransa isə qısa müddətdə oxşar bir qərarı elan edəcəyini bildirib. 

Federal Miqrasiya və Qaçqınlar İdarəsi məlumatlarına görə, Suriya bu il Almaniyada sığınacaq üçün müraciət edənlərin ən çox olduğu ölkədir. Belə ki bu il noyabrın sonuna qədər suriyalılardan 72,420 müraciət daxil olub. Təxminən 47,270 müraciətə isə hələ baxılmayıb. 

Federal Miqrasiya və Qaçqınlar İdarəsinə görə, müraciətlərin dayandırılması artıq təsdiq edilən müraciətlərə təsir etmir. Daxili işlər naziri Nensi Faezer bildirib ki, qiymətləndirmələr Suriyadakı hadisələrdən asılı olacaq və ölkəyə qayıtmağın təhlükəsiz olub-olmadığını söyləmək  hələ tezdir.

Norveçin miqrasiya orqanları bildirib ki, suriyalıların sığınacaqla bağlı  müraciətləri hələlik nə rədd, nə də qəbul ediləcək.

Danimarka da müraciətlərin işlənməsini dayandırıb və bildirib ki, müraciətləri artıq rədd edilən və ölkəni tərk etmək üçün vaxt verilən suriyalılara hazırkı qeyri-müəyyənlik səbəbindən daha uzun müddət qalmaq imkanı veriləcək.

Avstriya kansleri Karl Nehammer, daxili işlər nazirinə hazırkı bütün Suriyalı sığınacaq müraciətlərini və ailə birləşmələrini dayandırmaq göstərişi verib və bildirib ki, sığınacaq verilən halların da yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Yunanıstan, təxminən 9,000 suriyalının sığınacaqla bağlı müraciətiniə baxmağı dayandırıb.  Bu barədə yunan hökumətinin yüksək vəzifəli bir nümayəndəsi bildirib.
 
Rəsmilər, hökumətin bu qərarı yekunlaşdırmaq üçün cümə günü toplanacağını deyiblər.

İsveçin miqrasiya orqanları dərhal şərh tələbinə cavab verməyib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada etirazlar zamanı 20 nəfər itkin düşüb, 6 nəfər ölüb
Dünya 11:35
İndoneziyada etirazlar zamanı 20 nəfər itkin düşüb, 6 nəfər ölüb
ABŞ hökuməti Çikaqoda miqrantlara qarşı əməliyyata başlayacaq
Dünya 23:55
ABŞ hökuməti Çikaqoda miqrantlara qarşı əməliyyata başlayacaq
Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb
Dünya 23:36
Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb
Avqustda kripto layihələrindən 163 milyon dollar oğurlanıb – PeckShield
Dünya 22:40
Avqustda kripto layihələrindən 163 milyon dollar oğurlanıb – PeckShield
Robert Fitso Zelenski ilə görüşəcək
Dünya 21:26
Robert Fitso Zelenski ilə görüşəcək
Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb
Dünya 20:30
Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb
Tramp haqqında yayılan xəbərlərə münasibət bildirib
Dünya 19:44
Tramp haqqında yayılan xəbərlərə münasibət bildirib
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Dünya 18:25
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Putin Pezeşkianla görüşüb
Dünya 18:04
Putin Pezeşkianla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol