Yerli tur operatorlar Şarm əş-Şeyxə olan uçuşları təxirə salıb
Danimarka, Norveç və Finlandiya vətəndaşlarını Misirin Şarm əş-Şeyx şəhərinə getməməyə çağırıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, təhlükəsizliklə bağlı atılmış addımdır.
"Vətəndaşlara tövsiyələrdə dəyişiklik əldə etdiyimiz informasiyalara əsaslanıb", - Danimarkanın xarici işlər naziri Kristian Yens bildirib.
Eyni zamanda, Norveç Xarici İşlər Nazirliyi artıq Misirdə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Nazirlik hətta vətəndaşlarından hazırda Misir hökuməti ilə İŞİD arasında silahlı mübarizənin getdiyi Sinay yarımadasında səyahətə çıxmamağı istəyib. Elə Finlandiya da analoji tövsiyə ilə çıxış edib.
Yerli tur operatorlar Şarm əş-Şeyxə olan uçuşları təxirə salıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !