Avropa ölkəsində karantin rejimi ləğv edildi - VİDEO

22:47 | 11.05.2020
Avropa ölkəsində karantin rejimi ləğv edildi - VİDEO

Avropa ölkəsində karantin rejimi ləğv edildi - VİDEO

Avropa pilləli şəkildə karantinlə vidalaşır. Sabahdan Fransada insanlar məhdudiyyət olmadan küçələrə çıxa biləcək.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində karantin rejimi ləğv edilib. Fransızlara azadlıq verilib. Amma bir şərtlə ki, hər kəs maskadan istifadə edəcək.
Əlbəttə, insanların küçəyə çıxmasına məhdudiyyət qoyulmur. Amma fransızlar yaşadığı bölgəni tərk etməməlidir. Qaydalarda hər bir şəxsin evindən 100 kilometrdən çox uzaqlaşmaması lazım olduğu qeyd edilib.
"Euronews”a danışan fransızlar sevincini gizlətməyib. Sakinlərdən biri deyir ki, azadlığa qovuşduğuna görə çox şaddır, amma təhlükəsizlik haqda da düşünür: "Karantin çox uzanmışdı. Maskada olsa belə, günün zövqünü yaşamaq lazımdır”.
Deputat Brüno Bonnel balansa çox ehtiyac olduğunu bildirir: "Bütün ölkəni daha uzun müddətə bağlı saxlamaq olmaz. İqtisadiyyatı işə salmaq lazımdır. Əlbəttə, müəyyən risk var. İnsanlar günahkar deyil, amma həm öz, həm də ətrafdakıların sağlamlığı üçün məsuliyyət daşımalı olacaqlar. Etibar üzərində sadə olmayan balans yaratmağa çalışacağıq”.
Fransada təxminən 177 min nəfərin virus testi müsbət nəticə verib. Pasiyentlıərin 26 min 380 nəfəri həyatını itirib.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM