Azər Mehtiyevin göndərdiyi şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.
Azər Mehtiyev sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr icra edən qeyri-hökumət təşkilatı olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (QHT) sədri olub. O, bir sıra digər QHT-lərlə birlikdə xüsusilə, dövlət büdcəsindən maliyyələşən iri dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmaları nəzərdə tutan layihələr icra edib.
Ərizəçi 2009-cu ildə həmin layihələrdən biri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) informasiya sorğusu göndərib, SOCAR-ın vitse-prezidentlərindən biri sorğulanan bilgiləri verməkdən imtina edib, Mehtiyevin yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə rədd olunub.
Lida Abbaslı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !