Avropa məhkəməsi Azərbaycanla bağlı 11 qərar çıxarıb

22:25 | 29.01.2015
Avropa məhkəməsi Azərbaycanla bağlı 11 qərar çıxarıb

Avropa məhkəməsi Azərbaycanla bağlı 11 qərar çıxarıb

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 11 qərar qəbul edib.

ANN.Az "Report”a istinadən xəbər verir ki, bu barədə AİHM-ın "2014-cü il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunub. Onların 245-i qəbul olunmayıb, 11-i üzrə isə qərar çıxarılıb.

2014-cü ildə 117 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2011-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2014-cü il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1,404 ərizə daxil olub.

Bu gün Strasburqda AİHM sədri Din Şpilman tərəfindən təqdim olunmuş 2014-cü ildə məhkəmə fəaliyyətinə dair hesabata əsasən, ötən ilin sonuna kimi ümumilikdə 69,900 iş məhkəmə baxışında olub ki, bu da 2013-cü ilin sonu ilə müqayisədə 30% azdır. 2014-cü ildə daha çox Ukrayna (19,5%), İtaliya (14,4%), Rusiya (14,3%) və Türkiyədən (13,6%) olan işlərə baxılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM