Avropa Məhkəməsi iki jurnalistin cəzalandırılmasının qanunsuz olduğunu açıqlayıb

15:23 | 19.01.2023
Avropa Məhkəməsi iki jurnalistin cəzalandırılmasının qanunsuz olduğunu açıqlayıb

Avropa Məhkəməsi iki jurnalistin cəzalandırılmasının qanunsuz olduğunu açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistlər Əvəz Zeynalov və Qənimət Zahidin mülki qaydada cəzalandırılmasının qanunsuz olduğuna qərar verib. Bu barədə Avropa Məhkəməsi gündəliyi saytında məlumat verilib. 

AİHM  Əvəz Zeynallı işində  ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Qənimət Zahid işində isə alınan qərar ərizəçinin dəalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğu olub. Qərarda göstərilir ki, ökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Əvəz Zeynalovun işində Vüqar Səfərli adlı şəxs şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdilər. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. 

Qənimət Zahid işində  məsələ ərizəçinin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı olub. İşin hallarına görə, ərizəçi "Azadlıq” qəzetinin o vaxtkı ofisinin yerləşdiyi "Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetiribmiş.


Yerli məhkəmələr Zahidovu təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıblar. Qənimət Zahid 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib.
 
Lida

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM