ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Həmasın 13 il sonra Avropa Birliyinin alt məhkəməsi "terror" siyahısından çıxarılması qərarı verilib. Mütəxəssislər qərarın məcburi olduğunu söyləyir. Qərarda "Həmas Avropa Birliyinin terror siyahısından çıxarılmalıdır" ifadələri yer alıb.
Məhkəmə AB-nin Həmasın terror təşkilatları siyahısında olmasından qaynaqlanan AB-dəki sanksiyaların üç ay sonra aradan qaldırılmasına hökm edib.
Qeyd edək ki, Avropa Birliyi İslami Müqavimət Hərəkatı Həmasın hərbi qanadını 11 sentyabr hücumlarından dərhal sonra 2001-ci ildə, siyasi qanadını isə 2003-ci ildə "terror" siyahısına salmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !