Bütün dünyanın gözü Davosdakı İqtisadi Forumda olduğu bir vaxtda Avropa Mərkəzi Bankı bu gün mühüm bir qərar verə bilər.
ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi bu gün yeni avro kütləsinin çapı gözlənilir. Amma bu addımla bağlı rəylər birmənalı deyil. Bəziləri bununla avronun dollar qarşısında daha da ucuzlaşacağını düşünür. Amma rəsmilər bununla Avrozona ölkələrindən ixracın stimullaşdırılmasını hədəfləyir.
Avropa Mərkəzi Bankı son qərarını hələ açıqlamayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !