Ukrayna ilə Rusiya arasında təbii qazla bağlı yeni gərginlik yaranıb. Belə ki, aprelin 14-nə təyin olunan danışıqlar Avropa Komissiyasının təkidi ilə təxirə salınıb.
ANS PRESS-in məlumatına görə, qış dövründə Avropa İttifaqını və Ukraynanı Rusiya qazı ilə təmin etmək üçün vasitəçiliyini təklif edən Avropa Komissiyası tərəfindən bu gün açıqlanıb ki, görüş daha sonra olacaq.
Ekspertlər bildiriblər ki, Ukrayna və Rusiya arasında yaşanan siyasi gərginliyə baxmayaraq, Kiyev Moskva ilə növbəti 3 ay ərzində Rusiyadan qaz almaq üçün yeni saziş imzalamışdı. Qazın min kubmetrinin qiyməti 248 dollar planlaşdırılmışdı. Avropa İttifaqı əldə olunmuş həmin razılaşmada qazın min kubmetri üçün 100 dollar endirim istəyirdi. Əsəs tələblərdən biri Ukraynanın təbii qazın qiymətini əvvəlcədən ödəmək idi. Ona görə də vəziyyət xeyli mürəkkəbləşib.
Xatırladaq ki, Ukrayna və Rusiya arasında baş verən münaqişə Avropa İttifaqının bazarlarına ciddi təsir göstərib. Rusiya qazının 40 faizi Avropaya Ukrayna ərazisindən gedir. "Qazprom" Avropanın qaz bazarının üçdə birini təmin edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !