Bakıda Avropa Oyunları keçirilən dövrdə nəqliyyat 20 saatlıq iş rejimində çalışacaq. Avtobuslar və metro gecə də işləyəcək. İstər şəhərdaxili, istərsə də şəhərlərarası nəqliyyatda çatışmazlıqlar olmayacaq.
Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS-ə belə deyib.
«Sərnişin avtobusları səhər saat 5-dən işləməyə başlayacaq və gecə saat 1-dək çalışacaqlar. Oyunların açılış və bağlanış günlərində isə, ola bilsin, avtobuslar bütün gecəni də işləsin», - Namiq Həsənov bildirib.
Nazirlik rəsmisinin dediyinə görə, avtobus sürücüləri növbəli sistemdə işləyəcək.
Avropa Oyunları vaxtı Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində çalışacaq. Metro səhər saat 6-da işə başlayacaq və gecə saat 1-ə qədər xidmət göstərəcək. Sərnişin çoxluğu hiss olunarsa, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər.
İlk Avropa Oyunları iyunun 12-dən 29-dək Bakıda keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !