Avropa Oyunlarından sonra həbslər dalgası

14:32 | 05.07.2015
Avropa Oyunlarından sonra həbslər dalgası

Avropa Oyunlarından sonra həbslər dalgası

Vergilər Nazirliyi "Bakılift-təmir”də total yoxlamaları yekunlaşdırıb, həbslərə başladı.

Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Uzun müddətdir davam edən yoxlamalar nəticəsində, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb. 

Vergilər nazirliyindəki mənbəmiz bildirir ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin - "Bakılift-təmir”ə tabe olan "Baklift-1", ”Bakılift-2", "Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib. 

"Bakılift-təmir”də böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu. Manatın qəfil ucuzlaşması hökumətin büdcədə əmələ gələn kəsirləri kompensasiya etmək üçün müəyyən addımlar atmağa məcbur etmişdi. Bu istiqamətdə atılan addımlardan biri də məmurların mal-mülklərinin siyahılarının hazırlanması, gəlirlərinin müəyyən olunması ilə bağlı olub. Belə bir yoxlama zamanı "Bakılift-təmir”in baş direktoru Qüdrət Şükürovun sürücüsünün "adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak olduğu üzə çıxmışdı. Bu ilin fevralında "Yeni Müsavat” bu haqda "Vəzifəli məmurumuz sürücüsünə 5 milyona mənzil aldı – sensasiya” sərlövhəli yazı yazı etmişdi. Həmin yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün "adına” Bakının mərkəzindəki "Alov qüllələri” kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm "Alov qüllələri” kompleksində, həm də "Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM