Avropa Oyunları-2015-in beşqat mükafatçısı, qalibi, Azərbaycan yığmasının tərkibində DÇ-2015-in mükafatçısı, gimnast Oleq Stepko evini satışa çıxarıb.
Bakının Şüvəlan qəsəbəsində yerləşən villanın satışına dair informasiya elanlar saytında yerləşdirilib. Evin satış qiyməti 225 min manatdır. Ev 2015-ci ilin dekabr ayında tikilib, daimi yaşayış yeri olub və s.
Oxu.Az xəbər verir ki, haqqin.az Oleq Stepkonun bu günlərdə Bakıda keçirilən Dünya Kubokunda iştirak etmədiyi haqqında məlumat yaymışdı. Belə ki, həmin vaxt o, Ukraynada olub. Onun məqçisi, Azərbaycan yığmasının sabiq məşqçisi Pavel Netreba, Stepkonun Azərbaycanda mübahisəsi olduğunu və ölkəmizi tərk etdiyini deyib.
"Mən Bakıdan getdikdən sonra Oleqin məşqləri lazım olduğu kimi getmirdi. Mən Oleqin altı yaşından məşqçisiyəm, bu qədər uzun müddətdən sonra məşqçini dəyişmək asan deyil. Nə isə alınmadı, mübahisə olub və o gedib. Onun Azərbaycandan birdəfəlik ya müvəqqəti getdiyi sual altındadır. Yüksək səviyyəli mütəxəssislər orada demək olar ki, yoxdur, bu şərait isə onun üçün çətin olacaq. Bundan başqa, Oleq mürəkkəb adamdır. Bir çox şeylərdə özü günahkardır. Xasiyyəti çətindir və haradasa səhv hərəkət edirdi”, - Netreba bəyan edib.
Oleq Stepko digər ukraynalı gimnast Petro Paxnyuk kimi Azərbaycan üçün çıxışlarını dayandıraraq vətənə qayıdacaq? Yaxud, sahildəki evini sataraq, məşq etdiyi Milli gimnastika arenasına daha yaxın məsafədə yaşamaq fikrinə gəlib?
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !