Avropa Parlamenti: "Erməni iddiaları tanınsın!"

14:41 | 13.03.2015
Avropa Parlamenti:

Avropa Parlamenti: "Erməni iddiaları tanınsın!"

Avropa Parlamenti Avropa Birliyinin üzvü olan bütün dövlətlərə "erməni soyqırımı"nı tanımağa çağırıb

Avropa Parlamentinin bu gün Strasburqda səs çoxluğuyla qəbul edilən "Dünyada İnsan Haqlarının Vəziyyəti və AB-nin Bu Məsələdəki Siyasəti" adlı hesabatın qətnamə mətnində Avropa Birliyi dövlətlərindən "Erməni soyqırımı"nı hüquqi planda tanınması tələb olunub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki,  Avropa Parlamentinin sayca ən böyük qrupu olan Avropa Xalq Partiyası da ötən günlərdə belə bir qərar alıb və 24 aprelin Avropa Birliyi tərəfindən "Erməni soyqırımını anma günü" olaraq elan edilməsini istəyib.

Avropa Xalq Partiyasının qərarında Türkiyədən "II Dünya Müharibəsindən sonra Federal Almaniya Respublikasından nümunə götürərək tarixlə üzləşməsi və erməni soyqırımı həqiqətini qəbul etməsi" tələb olunmuşdu.

Parlamentdəki radikal sağçılar da ötən günlərdə verdikləri qərarla bütün Avropa Birliyi üzvü olan dövlətlərə "Erməni soyqırımını tanımağa" çağırmışdı. Radikal sağçıların qərar təklifinə imza atanlar arasında Fransız millətçi lider Marina Le Pen Öz də var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM