Avropa Parlamenti Rusiyaya qarşı tədbirlər görür

18:19 | 03.06.2015
Avropa Parlamenti Rusiyaya qarşı tədbirlər görür

Avropa Parlamenti Rusiyaya qarşı tədbirlər görür

Avropa Parlamenti Rusiya rəsmilərinə qarşı tədbirləri elan edib. Qurum Moskvanın Avropa Birliyinin 89 siyasətçisinin Rusiyaya girişinin qadağan edilməsinə dair addımına cavab verib.

Tədbirləri Avropa Parlamentinin prezidenti Martin Schulz iyunun 2-də elan edib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti "qərarlarında şəffaflığı təmin edə, beynəlxalq hüquq və hüquqi öhdəliklərlə əsaslandıra bilməyib, hədəfə alınan fərdlərə müdafiə və apelyasiya hüququ verilməyib”.

Schulz deyib ki, nə qədər ki, qara siyahı qüvvədədir, Rusiya rəsmilərinin AB parlamentinin binasına girişini məhdudlaşdıracaq. Rusiyanın AB-dəki səfiri Vladimir Chizov və adı çəkilməyən başqa bir Rusiya diplomatı həmin siyahıdadır. Qurum həmçinin AB-Rusiya Parlament Əməkdaşlığı Komitəsi ilə işini dayandırır.

Moskva bəyan edib ki, AB sanksiyalarına cavab olaraq qara siyahı hazırlayıb. AB sanksiyalarına bank hesablarının dondurulması və səyahət qadağaları daxildir.

Rusiya artıq Avropa Parlamentinin addımına reaksiya verib.

"Məncə, əslində heç kəs assambleyaya baş çəkə bilmir, çünki orda görülməli heç nə yoxdur, nə məhdudiyyətsiz, nə də məhdudiyyətlə,” Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. /azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM