Avropa Parlamentinin üzvü, fransız siyasətçi, diplomat və akademik inzibatçı Natali Loiseau əvvəllər "X" sosial media hesabında Qarabağla bağlı iddialar paylaşıb.
Natali Loiseau 60 başqa Avropa Parlamenti üzvü ilə bərabər Komissiyanın vitse-prezidentinə/Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə müraciət edib.
Onun Avropa İttifaqına etirazı "Azərbaycanın Xankəndinə hücumu” ilə başlayır və bildirilir ki, Avropa Parlamentinin 60-dan çox üzvü onu izləyir və Avropadan İlham Əliyev rejiminə Qarabağın erməni xalqına qarşı hücumuna görə sanksiya tələb edir.
"Azərbaycan Qarabağ ermənilərinə qarşı yeni "hücuma" başlayıb. Biz başlanan "etnik təmizləməni" dayandırmaq və hücumun yeni müharibəyə çevrilməsinin qarşısını almaq üçün Avropa İttifaqını təcili tədbirlər görməyə çağırırıq”, - yazılı sorğusunda deyilir.
Natali Loiseau daha əvvəllər də Azərbaycana qarşı hərəkət üçün Avropa İttifaqını dəvət edib.
Sentyabrın 20-də Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano açıqlama verərək bildirib ki, Bakının döyüşlərdən erməniləri Qarabağdan zorla çıxarılması üçün bəhanə kimi istifadə etməməsi vacibdir.
Aİ vəziyyəti diqqətlə izlədiyini və üzv dövlətlər vəziyyətin inkişafı ilə bağlı növbəti addımları müəyyən edəcəklərini vurğulayıb.
Aİ vəziyyəti diqqətlə izlədiyini və üzv dövlətlər vəziyyətin inkişafı ilə bağlı növbəti addımları müəyyən edəcəklərini vurğulayıb.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !