Amerika Erməni Milli Komitəsi (AEMK) Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş qətnaməylə bağlı erməni diasporalarını təbrik edib. Erməni mətbuatında dərc olunan təbrikdə qeyd edilir ki, erməni diasporası nümayəndələrinin apardığı gərgin işlərdən sonra avropalı parlamentariləri Azərbaycana qarşı qoymaq mümkün olub. AEMK həmçinin bəyan edib ki, bu istiqamətdə işlərini davam etdirəcəklər.
Bu bəyanat göstərir ki, Avroparlamentin qətnaməsi xaricdə yaşayan ermənilərin təşəbbüsü nəticəsində çıxarılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə qəbul edib, qətnamədə Azərbaycan hökuməti insan hüquqlarının pozulmasına görə, domokratiya sahəsindəki geriləməyə və səbəblərdən dolayı tənqid edilir.
AEMK ABŞ-da fəaliyyət göstərən nüfuzlu erməni-amerikan təşkilatlarından biridir, ictimai fəaliyyət və hakimiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərir. Təşkilat ABŞ-da erməni xalqının, Erməni hakimiyyət dairələrinin maraqlarını müdafiə edən əsas təmsilçisi sayılır. AEMK ABŞ-da yerli, regional və fedaral səviyyələrdə təmsil olunur və müntəzəm olaraq Azərbaycanı və Türkiyəni hədəf alan kampaniyalar həyata keçirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !