Avropa paytaxtında ən çox yayılmış ad - Məhəmməd

18:56 | 01.09.2014
Avropa paytaxtında ən çox yayılmış ad - Məhəmməd

Avropa paytaxtında ən çox yayılmış ad - Məhəmməd

Ötən il Norveçin paytaxtı Osloda oğlanlara ən çox verilən adın Məhəmməd olduğu məlum olub. 
ANS PRESS-in məlumatına görə, bu barədə Norveç Statistika Bürosunun apardığı araşdırmalar nəticəsində məlumat yayıb.
Statistika Bürosunun açıqlamasında bildirilir ki, ötən 4 il ərzində də Məhəmməd peyğəmbərin adı Norveçdə valideynlərin övladlarına ən çox verdiyi adlardan biri olub.
Bildirilir ki, Osloda 4,8 min adam Məhəmməd adını daşıyır. İkinci yerdə Yan, üçüncü yerdə isə Per (Pyotr, Piyer, Piter) adları yer alıb. Belə ki, ötən il paytaxt Osloda 4667 nəfər oğlan uşağına Yan, 4155 nəfərə isə Per adı verilib.
2012-ci ildə isə Yan daha məşhur ad olub. Həm il uşaqlara ən çox verilən adlar siyahısında Məhəmməd adı ikinci yerdə idi.
Qeyd edək ki, Noverçin əhalisinin sayı 5 milyondur. Onlardan cəmi 10,9%-i Allahın varlığına inanır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti