Avropa qaz istehlakını 20% azaldlb

22:52 | 24.01.2023
Avropa Komissiyası son aylarda Avropanın qaz istehlakının 20% azaldığını bildirib. Bu barədə təşkilatın tvitter hesabında məlumat verilir.
 
"Avropa son aylarda qaz istehlakını beş illik orta göstərici ilə müqayisədə 20% azaldıb. Bu, Aİ ölkələrinin həm vətəndaşlarının, həm də biznes qurumlarının səyləri nəticəsində mümkün olub. 20%-lik göstərici 15%-lik hədəfdən xeyli yuxarıdır", - məlumatda bildirilir. 

20 iyul 2022-ci ildə Avropa Komissiyası Avropa ölkələrini könüllü olaraq 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını 15% azaltmağa çağırıb. Göstəricilər əvvəlki beş ilin orta göstəriciləri ilə müqayisə edilir.

Avropa Komissiyası Rusiya qazından asılılığı azaltmaq üçün qarşısına qaz istehlaknı azaltmaq hədəfi qoyub. İstehlakı 20% azaltmaq  45 milyard kubmetr qaza qənaət etmək deməkdir. 

Qaydalar ötən ilin avqustunda qüvvəyə minib, 12 ay müddətində qüvvədədir və uzadıla bilər. 

Bəzi Avropa ölkələri ötən il Avropa Komissiyasının təşəbbüsünü dəstəkləməyib. İspaniya, Yunanıstan və Portuqaliya rəsmi olaraq buna qarşı çıxdı. Bununla belə, reallıqda İtaliya, Polşa və Macarıstan da daxil olmaqla ən azı 12 Aİ ölkəsi narahatlığını ifadə edib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti