Avropa Rusiya qazından imtinaya hazırdır - Simson

17:29 | 11.09.2024
Avropa Rusiya qazından imtinaya hazırdır -  Simson

Avropa Rusiya qazından imtinaya hazırdır - Simson

Avropa İttifaqı (Aİ) Ukrayna ərazisindən tranzitlə nəql olunan Rusiya təbii qazından imtina etməyə hazırdır. Bunu Avropa komissarı Kadri Simson mətbuat konfransında deyib.

"Aİ Ukraynadan keçən Rusiya təbii qazı olmadan yaşamağa hazırdır”,  -  o vurğulayıb. 

O qeyd edib ki, Rusiya qazının idxalı 2021-ci ildəki 45%-dən 2023-cü ildə 15%-ə düşüb.

Simson hmçinin əlavə edib ki,  Ukraynanın qaz infrastrukturunun itifadəsi ilə bağlı  Qazprom ilə müqavilənin müddəti başa çatdıqdan sonra Avropa şirkətləri t qaz tranziti üçün bu infrastrukturdan istifadə edə bilər. 

"Avropa müəssisələrinin Ukrayna infrastrukturundan istifadə etmək hüququ var, bununla bağlı heç bir sanksiya yoxdur",  -  komissar bildirib. 
 
Ukraynanın Qazpromla Rusiya qazının Ukrayna vasitəsi ilə tranzitu müqaviləsi bu ilin sonunda bitir Rusiya bundan sonra Avrpaya bu kəmərlə qaz tranzit etməyəcəyini alternatiz yollar axtaracağını deyib. 
 
Vladimiz Putin İran vasitəsilə Rusiya qazının satışını təşkil etmək barədə düşüdüyünü bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM