Avropa Şengen qaydalarını dəyişdirdi

11:58 | 13.02.2015
Avropa Şengen qaydalarını dəyişdirdi

Avropa Şengen qaydalarını dəyişdirdi

Avropa Birliyi (AB) liderləri terrorla mübarizə tədbirləri çərçivəsində Şengen sərhəd zonalarını möhkəmləndirmək qərarına gəlib.
 
Axar.az xəbər verir ki, AB liderləri Parlamentə hava yolu sərnişin məlumatlarının paylaşılması (PNR) mövzusunda yeni tənzimlənmənin gecikmədən təsdiqlənməsi ilə bağlı çağırış edib.

Brüsseldə toplanan AB dövlət və hökumət başçılarının terrorla mübarizə qərarlarında Şengendən xaric sərhəd idarələrinin gücləndirilməsi və modernizasiyası üçün mövcud çərçivənin bütün imkanlarından istifadəsi istənilib.

AB Komissiyasının başçısı Jan-Klod Yunker ilkin mərhələdə Şengen qaydalarının dəyişdirilməsinə ehtiyac duymadıqlarını bildirib.

Həmçinin zirvədə AB üzvlərinin təhlükəsizlik və məhkəmə orqanları arasında məlumatların paylaşılması, əməliyyat əməkdaşlığının artırılması, üzv ölkələrin pul vəsaitlərinin tənzimlənməsi və terrorçuların maliyyələşməsinin qarşısını almaq üçün yeni qaydalar təsdiqlənib.

AB liderləri eyni zamanda terroru və radikal ünsürləri təşviq edən internet məlumatlarının yayılmasının qarşısını almaq üçün bəzi təkliflər səsləndiriblər. Təkliflər arasında bu tip məlumatların yayılmasının qadağan olunması və internet şirkətləri ilə əməkdaşlıq var.

Zirvədə müzakirə olunan əsas məsələlərdən biri də Yaxın Şərq, Şimali Afrika və üçüncü dünya dövlətlərində terrorun inkişaf etməsinin qarşısını almaq olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM