Avropa Şurası baş katibinin Azərbaycana səfərinin dəqiq tarixi bilindi

15:33 | 14.05.2014
Avropa Şurası baş katibinin Azərbaycana səfərinin dəqiq tarixi bilindi

Avropa Şurası baş katibinin Azərbaycana səfərinin dəqiq tarixi bilindi

Gələn həftə - 20-23 may tarixlərində Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Azərbaycana rəsmi səfər edəcək və Bakıda bir sıra görüşlər keçirəcək.

APA-nın Avropa müxbiri xəbər verir ki, T. Yaqland mayın 20-21-də Azərbaycan prezidenti, eləcə də baş nazir, xarici işlər, ədliyyə nazirləri və digər rəsmi şəxslərlə görüşəcək.

 

Görüşlərin əsas mövzusu Azərbaycan-AŞ münasibətləri və Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması olacaq. Eyni zamanda, səfər zamanı Azərbaycanla AŞ arasında Fəaliyyət Planının imzalanması da gözlənilir.

 

Baş katib Azərbaycana səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun mayın 22-də Bakıda keçiriləcək toplantısına da qatılacaq. Bu iclasda AŞPA Bürosu assambleyanın yay-iyun sessiyasında baş tutacaq AŞ baş katibliyi seçkilərində iştirak edəcək Tyorbörn Yaqland və Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabin Löythöyzer-Şnarrenbergerin namizədlikləri ilə tanış olacaq.

 

Xatırladaq ki, baş katibin Azərbaycana səfəri əvvəl aprelin 24-nə, sonra isə mayın 8-nə təyin edilsə də, təxirə salınmışdı. Avropa Şurası Nazirlər Komitəsində sədrlik mayın 14-dən 6 ay müddətinə Azərbaycana keçib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb