Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Bakıya gəldi

11:31 | 08.04.2014
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Bakıya gəldi

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Bakıya gəldi

Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunan xüsusi nümayəndəsi, xanım Dragana Filipoviç Bakıya gəlib.Bu barədə APA-ya Avropa Şurasının Bakı ofisindən məlumat verilib. D. Filipoviç artıq vəzifəsinin icrasına başlayıb.D. Filipoviç Belqradda anadan olub. Diplomatik karyerasına 1988-ci ildə başlayıb, BMT-də çalışıb. 2001-ci ildə Serbiyanın ABŞ-dakı səfirliyində işləyib. Serbiyanın Avropa Şurasında daimi nümayəndəsi olub.Xatırladaq ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos təqaüdə çıxıb və 2012-ci ilin avqustunda Bakını tərk edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti