Avropa Şurasının “siyasi məhbuslar” üzrə məruzəçisini Bakıda qəbul etmədilər

09:28 | 06.06.2019
Avropa Şurasının "siyasi məhbuslar” üzrə məruzəçisi Torhildur Sunna bu həftə Azərbaycana səfər edə bilməyib.

 "Turan” agentliyinin məlumatına görə, ölkə hakimiyyəti onun səfərinin vaxtını bayram günləri ilə üst-üstə düşməsi üzündən "əlverişsiz” hesab edib.

"Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik", - o, "Twitter”dəki hesabında yazıb.


www.anews.az
loading...