Avropa Şurasının baş katibi Azərbaycana gəlir

15:47 | 11.04.2014
Avropa Şurasının baş katibi Azərbaycana gəlir

Avropa Şurasının baş katibi Azərbaycana gəlir

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə AŞ-dəki mənbələrdən məlumat verilib.Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etmək, eləcə də Azərbaycan üçün AŞ-nin 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının rəsmən başlanmasını elan etməkdir.Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri, o cümlədən Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri ilə görüşləri nəzərdə tutulur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM