Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks oktyabrın 22-24-də Azərbaycanda səfərdə olacaq.
APA-nın AŞ mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, N. Mujnieks Bakıda insan haqları və azadlıqlarına dair Konvensiyanın tətbiqinə dair keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Oktyabrın 23-24-də keçiriləcək konfransa Venesiya Komissiyasının vitse-prezidenti Herdis Torqeyrşdottir də qatılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !