ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Ankaraya səfəri zamanı Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Aİ-nin Avropa və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han və Aİ-nin humanitar kömək və böhranın idarəedilməsi üzrə komissarı Xristos Stilianidis Türkiyə rəhbərliyini Rusiya əleyhinə sanksiyalara qoşulmağa inandırmağa çalışacaqlar.
Rəsmi Ankaranın bundan imtina edəcəyi təqdirdə isə Avropadan olan nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğan hökuməti ilə Rusiyanın Aİ-yə qarşı qoyduğu meyvə və tərəvəz ixracı ilə bağlı qadağadan istifadə edərək bu ölkəyə əlavə məhsul ixracından imtina etməsini istəyəcəklər.
Avropalı diplomatlar 8-9 dekabr tarixlərində Türkiyəyə səfər edəcək. Səfər Ankara və Brüssel arasında əlaqələrin vacibliyini göstərməlidir. Bundan əlavə Aİ suriyalı qaçqınların qəbulu məsələsində Türkiyə hökumətinə kömək göstərilməsi məsələsini də gündəmə gətirmək niyyətindədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !