Avropa Yunanıstana "hə" deyir

12:03 | 10.07.2015
Avropa Yunanıstana

Avropa Yunanıstana "hə" deyir

Yunanıstan hökuməti ciddi maliyyə çətinliklərindən və müflisləşmədən xilas olmaq üçün kreditorlardan dəstək almaq üçün iqtisadi islahatlara dair planını təqdim edib.

ANS PRESS-in məlumatına görə, Avropa rəsmiləri deyiblər ki, islahatlar planı gecə yarısını iki saat keçmiş qəbul edilib. Maliyyə nazirlərinin 19 nəfərlik Avropa qrupunun rəhbəri Jeroen Dijsselbloem yunanlar tərəfindən islahatlar planının alındığını təsdiqləyib.

İndi bu həftənin sonunda Avropa İttifaqının görüşlərini öyrənmək üçün müzakirə aparılacaq.

Yunan mətbuatı yazır ki, islahatlar planında nəzərdə tutulan tədbirlərə verginin artırılması, pensiya islahatlarının, özəlləşdirmə islahatlarının aparılması və xərclərin azaldılması daxildir.

Yunanıstanın baş naziri Aleksis Tsipras hökuməti tərəfdaşları islahatlar haqqında sazişi dəstəkləməyə çağırıb: "Yunanıstana defoltdan və avrozonadan mümkün çıxışın qarşısını almaq üçün dəstək lazımdır."

Bu gün Yunanıstan parlamenti A.Tsiprasın təkliflərini səsverməyə qoyacaq. Təkliflər təsdiqləndikdən sonra şənbə günü isə Avropa İttifaqı liderləri ilə Avropa maliyyə nazirləri tərəfindən baxılacaq, bazar günü isə Brüsseldə sammitə müzakirəyə çıxarılacaq. 

Yunan mətbuatındakı xəbərlərə görə, cümə axşamı gecə təqdim edilən islahatlar planına aşağıdakılar daxildir:

* Yunan adaları üçün vergi güzəştləri, şirkətlər üçün vergilərin artımı
* Restoran, iaşə və başqa xidmət obyektləri üçün standart 23% ƏDV 
* 2019-cu ildə pensiyaçılar üçün vahid qrantın ayrılması
* 2016-cı ildə müdafiə xərclərinin €300 milyon ($ 332mln, £ 216mln) azaldılması


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM