Onun sözlərinə görə, təbii qaza tələbat uzun müddət olacaq.
"Almaniya yaşıl enerjiyə keçidlə bağlı tədbirlər görür, lakin ölkənin qaza marağı da davam edir. Rusiya qazından imtina etdikdən sonra qitədə qiymətlər 7 dəfə artıb və buna görə də Azərbaycan qazına böyük tələbat yaranıb”, - Gilmer deyib.
Macarıstanın MVM. Şirkətinin "Şahfəniz” yatağının istismarı layihəsondə 5% paya malik olma barədə müqavilə bağlamasına önəm verən Glimer bildirib ki, Almaniya Rusiyadan asılılığını diversifikasiya etməyə çalışır. caliriq
Onun sözlərinə görə, Almaniyanın 2025-ci ilə qədər çox dəqiq hədəfləri var, lakin qaz əsas yanacaq olaraq qalacaq.
"Almaniyada istilik sektoru və istehsal sənayesi tərəfindən əsasən qaz istehlak edilir. Bəzi şirkətlər qazı hidrogenlə əvəz etmək istəyirlər, lakin bu, çox bahadır. Bütün sənayelərin onu almaq imkanı yoxdur. Ümumiyyətlə, qazdan asılılıq var. İstilik sistemində qaz mazut və kömürü əvəz etməlidir. Mazutu və kömürü elektrik enerjisi istehsalı sektorundan çıxarırıq”, - o bildirib.
Hazırda Almaniyanın strategiyasına əsasən bu ölkədə 10 Gvt elektrik stansiyaları tikilir. Onları gələcəkdə hidrogenlə işə keçiriləcəyi planlaşdırılır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !