Avropada Ebola təhlükəsi

12:19 | 07.10.2014
Avropada Ebola təhlükəsi

Avropada Ebola təhlükəsi

İspaniyada bir tibb bacısının ölümcül Ebola virusa yoluxması Avropada qorxuya səbəb olub
İspaniyanın paytaxtı Madriddə bir tibb bacısının ölümcül Ebola virusuna yoluxması Avropada qorxuya səbəb olub.
ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Madrid Səhiyyə Dairəsi tibb bacısının yoxlamalardan keçirildiyini və testlərin müsbət çıxdığını açıqlayıb. Xəstəliyə yoluxan tibb bacısı Karlos III adlı bir klinikada işləyirdi. Avqust və sentyabr aylarında isə Afrikadan gətirilən iki ispan missioner bu klinikada müalicə olunub. Tibb bacısı bu missionerlərin müalicəsində yaxından iştirak edib. Virusdan əziyyət çəkən xəstələr isə bir neçə gün öncə dünyasını dəyişib. 
Bu faktdan bir müddət sonra isə Afikada çalışan norveçli bir həkim də Ebolaya yoluxub. Aparılan yoxmalar və testlərin müsbət çıxması həkimin xəstəliyə yoluxduğunu təsbit edib. 
Mütəxəssislər həkimlərin virusa yoluxmaması üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Virusdan əziyyət çəkən xəstələri müalicə edən həkimlər bir neçə testdən keçirilir və sağlamlıq vəziyyətləri müəyyən olunur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti