Belarus paytaxtı Minsk şəhərində 2 nəfər şəxsi xüsusi amansızlıqla qətlə yetirən tələbə Pavel Selyon edam edilib.
Avropa.info-nun verdiyi xəbərə görə, Pavel Selyon əfv olunması üçün ölkə prezidentinə müraciət edib lakin onun müraciəti cavabsız qalıb. Pavel Selyon qətl hadisəsini 2012-ci ildə törədib. O, evə qayıdan zaman arvadı və dostunu birgə yataqda tutub. Bunu görən Pavel hər iki şəxsi xüsusi amansızlıqla qətlə yetirib.
Belarus Avropada yeganə ölkədir ki, burada ölüm hökmü hələ də ləğv olunmayıb. Qərb mətbuatının verdiyi xəbərə görə, 1998-dən, 2010-cu ilə qədər Belarusda 102 nəfər edam olunub.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !