ANS PRESS-in məlumatına görə Avstriya polisi bundan əvvəl sutka ərzində ölkə ərazisinə 10 minədək qaçqının keçəcəyini proqnozlaşdırmışdı. Əksəriyyətini suriyalılar təşkil edən qaçqınlar dəmiryolu vasitəsilə Avstriyanın müxtəlif şəhərlərinə yönəldilib.
Avstriyanın Daxili İşlər Naziri Yohanna mikl-Lyaytner isə qonşu ölkələri Avropa İttifaqının (Aİ) qaydalarına riayət etmədiklərində günahlandırıb. O, həmçinin bəyan edib ki, miqrantlar Avstriyaya Xorvatiya və Sloveniyadan gəlirlər.
Sentyabrın 16-dan Xorvatiyaya Serbiyadan 20 min miqrant daxil olub. İlk əvvəl ölkə miqrantları qəbul etsə də, sonradan hökümət Xorvatiyanın miqrant axınına tab gətirmədiyini bəyan edib. Ölkənin Baş naziri Zoran Milanoviç miqrantların Macarıstana göndərilməsinə dair ölkəsinin fəaliyyətə başladığını bildirib. Milanoviç "Biz onları (Macarıstanı - red.) miqrantları qəbul etməyə vadar edirik və bunu etməkdə davam edəcəyik", - deyə ölkəsinin mövqeyini açıqlayıb. Eyni zamanda Baş nazir Xorvatiya və Macarıstan arasında miqrantların köçürülməsinə dair heç bir razılığın olmadığını da etiraf edir.
Öz növbəsində Macarıstan höküməti Xorvatiyanı miqrantları qeydiyyata almadığına görə Beynəlxalq qanunvericiliyi pozmaqda ittiham edir. Budapeşt bəyan edib ki miqrantlar Şimali Avropaya keçməmiş Macarıstanda qeydiyyata alınacaq. Lakin Avstriyaya Macarıstandan gələn bir neçə miqrantın sözlərinə görə onları orada heç kəs qeydiyyata almayıb. Miqrantlar ölkənin bir sərhədindən digər sərhədinə avtobuslarla aparılıb və dəmir yolları boyu Avstriayaya piyada getməyə məcbur ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !