Avropada ilk “döyünməyən ürək” köçürüldü

15:55 | 27.03.2015
Avropada ilk “döyünməyən ürək” köçürüldü

Avropada ilk “döyünməyən ürək” köçürüldü

İngiltərənin Kembric əyalətində cərrahlar Avropada ilk döyünməyən ürək transplantasiyası əməliyyatını uğurla həyata keçiriblər.

ANN.Az-ın Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, ürək transplantasiyalarında adətən beyni ölmüş, lakin ürəyi hələ də döyünən donorun orqanından istifadə edilir.
Lakin Kembric əyalətindəki Papvort xəstəxanasında 60 yaşlı Londonlu Hüseyin Ulucana köçürülən ürək artıq dayanmışdı. 

Həkimlər deyirlər ki, bu kimi əməliyyatlar ürək transplantlarının çatışmazlığını 25 faiz azalda bilər.

2008-ci ildə infarkt keçirmiş Ulucan deyib ki, əməliyyatdan əvvəl yeriyə bilmirmiş və çətinliklə nəfəs alırmış.

İndi, əməliyyatdan bir neçə həftə sonra Hüseyin Ulucan özünü normal hiss etdiyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM