Avropada inflyasiya rekord həddə çatıb

10:57 | 18.11.2022
Avropada inflyasiya rekord həddə çatıb

Avropada inflyasiya rekord həddə çatıb

Avrozonada inflyasiya enerji və ərzaq qiymətlərindəki artımlar fonunda 10,6 faiz təşkil etməklə rekord səviyyəyə çatıb.
 
Bu barədə Avropa Statistika Bürosu ("Eurostat”) məlumat yayıb.
 
Bu rəqəmlər son 25 ildə ən yüksək inflyasiya göstəricisidir.
 
Ay ərzində Avrozonada ən yüksək qiymət artımı 41,5 faizlə enerjidə qeydə alınıb. İstehlak qiymətləri indeksi oktyabrda əvvəlki ayla müqayisədə 1,5 faiz artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM