Almaniyanın Daxili Kəşfiyyat Təşkilatının yaydığı məlumata görə, artıq Avropadan İŞİD-ə qoşulmaq üçün gedənlərin sayı 3000 nəfərə çatıb.ANN.Az saytı DHA-ya istinadən xəbər verir ki, İŞİD-ə qoşulanların son həftələrdə daha da artdığını deyən təşkilat sədri Hans-Georg Maaben Almaniyadan şərqə üz tutuanlarında əslində hesab olunanlardan daha artıq olduğunu vurğulayıb. İnidyə qədər rəsmi qurumlar Almaniyadan 400 vətəndaşın İŞİD-ə qoşulduğunu bildirirdi. Təşkilat sədri Maaben onlardan 125 nəfərinin geri döndüyünü, 25 döyüşçünün isə silahlı döyüşlərdə iştirak etdiyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Maaben Türkiyədən keçməklə Suriyaya və İraqa çatan könüllülərin yaşlarının əsasən 30-dan aşağı olduğunu, İŞİD-ə qoşulanların 65 faizinin əlində alman vətəndaşlığına dair pasportun olduğunu bildirib.Almaniyadan gedən könüllülər arasında 2, hətta 3 ölkənin vətəndaşı olması faktları da ortaya çıxıb və artıq 40 alman vətəndaşı Suriyadakı döyüşlər zamanı həlak olub.Alman terrorla mübarizə eksperti Guido Steinberq İŞİD lideri Əbu Bəkr Əl Bağdadının Avropa ölkələrində terro aktları hazırladığını və bunun üşün Avropadan gedən döyüşçülərədn istifadə olunacağını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !