Avropada koronavirus epidemiyası sabitləşir - ÜST-dən ŞAD XƏBƏR

11:37 | 31.03.2020
Avropada koronavirus epidemiyası sabitləşir - ÜST-dən ŞAD XƏBƏR

Avropada koronavirus epidemiyası sabitləşir - ÜST-dən ŞAD XƏBƏR

Ümumdünya Səhiyyə Təşkilatı, Avropada koronavirus infeksiyasının yayılması ilə bağlı durumun sabitləşməsinin bəzi əlamətlərini qeyd etdi. Bunu ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının icraçı direktoru Mayk Rayan söyləyib.

"İtaliya və İspaniya COVID-2019-a yoluxma həddinə yaxınlaşır və son zamanlar əksər Avropa ölkələri tərəfindən tətbiq olunan vətəndaşların hərəkətinə qoyulan ciddi məhdudiyyətlər müsbət nəticələr verməlidir. Yeni aşkarlanmış koronavirusa yoluxma halları iki həftə əvvəl baş verənlərin nəticəsidir", - deyə ÜST nümayəndəsi bildirib.


"Məhdudiyyətlər üzündən bir çox ölkələrdə yoluxma hallarının çoxu hazırda ailə üzvləri arasında ev ünsiyyəti səviyyəsində baş verir",  - deyə Bloomberg Rayandan sitat gətirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM