Avropada bir tip elektrik qidalandırıcısı işlədiləcək.ANS PRESS-in xəbərinə görə, Avropa Parlamenti 2011-ci ildən bəri üzərində işlədiyi "mobil telefonlar üçün bir tip elektrik qidalandırıcısı" layihəsini ötən gün təsdiqləyib. Hər cib telefonu üçün ayrı elektrik qidalandırıcısı dövrü Avropada sona çatacaq. Avropa ölkələri 2 il içərisində qanun hazırlayaraq bütün şirkətlərdən bir tip elektrik qidalandırıcısı aləti istehsal etməyi istəmək məcburiyyətindədir. Şirkətlərə də keçid üçün əlavə 1 il müddət vaxt verilıəcək. Ümumilikdə 3 il içərisində Avropadakı bütün cib telefonlarının ortaq bir elektrik qidalandırıcısı olmalıdır. Şirkətlər həmçinin, mobil telefonlarla yanaşı, smartfon cihazlar, planşetlər, fotoaparatlar və musiqi pleyerləri üçün da tək tip elektrik qidalandırıcısı istehsal etmək məcburiyyətində olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !